
Qlobal iqtisadi böhranın təsiri ilə dünyada minlərlə şirkətin müflis olduğu bildirilib. Bu dəfə isə yarım əsrdir fəaliyyət göstərən köklü yük-karqo şirkəti iflas etdiyini açıqlayıb.
Logistik.az xəbər verir ki, Almaniyada 50 ilə yaxındır fəaliyyət göstərən nəhəng yükdaşıma şirkəti olan “InstaFreight GmbH” məhkəməyə müflis olmaq üçün müraciət edib. İflasla bağlı şirkətin təsisçisi restrukturizasiya prosesinin müsbət nəticə verəcəyini bildirib. Bildirilib ki, şirkətin Berlin Məhkəməsinə müraciət edən 3PL bölməsi müvəqqəti olaraq dayandırılıb.
Instafreight-ın qurucusu və MD Philipp Ortwein dünən Almaniya mətbuatına iflasın səbəbinin likvidlik problemləri deyil, həddindən artıq borclanma olduğunu qeyd edibdir. Rəsmilər bildirdilər ki, cari maliyyələşdirmə raundunda potensial investorun geri çəkilməsi də bu şirkətin iflasına yol açıbdır.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı