Monteneqro və Azərbaycan arasında biznes əlaqələri genişlənir

Logistik.az xəbər verir ki, 28.06.2024 tarixində Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumu baş tutubdur.

Tədbir zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə investisiya imkanlarının qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, tərəfdaşlığın genişləndirilməsi məqsədi ilə iş adamlarına hər iki ölkədə yaradılmış biznes və investisiya imkanları ilə bağlı təqdimatlar nümayiş olunub.

AZPROMO-dan əldə olunan məlumata əsasən, Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentliyinin birgə təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, turizm, tikinti, sənaye, kosmetika, qida, içki, logistika, İT sahələrini təmsil edən şirkət nümayəndələri iştirak edib.

Baş tutan biznes forumda hər iki dövlət nümayəndələri tərəfindən ölkələrin investisiya mühiti, o cümlədən ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar keçirilib. Forum B2B formatda görüşlər ilə davam edib.