
Logistik.az xəbər verir ki, Yəmənin husi üsyançıları ABŞ, Böyük Britaniya və İsrail ilə əlaqəli olduğunu iddia etdikləri gəmilərə qarşı çoxsaylı hərbi əməliyyatlar keçirdiklərini açıqlayıblar.
İrana dəstəkli qrupun sözçüsü Yəhya Sarenin sözlərinə görə, hücumlar bir neçə mühüm dəniz bölgəsində baş verib.
Husilərə məxsus “Al Masirah” televiziyasında yayımlanan açıqlamada Sare hədəf alınan gəmilərin “MSC Unific” konteyner gəmisi, “Delonix” və “Lucky Sailor” kimyəvi tankerləri və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin “Anvil Point” köməkçi gəmisi olduğunu bildiribdir.
Məlumata görə, qanadlı raketlərlə endirilən zərbələr Ərəb dənizi, Qırmızı dəniz, Aralıq dənizi və Hind okeanında baş tutubdur.
İsraillə əlaqəsi olduğu iddia edilən “MSC Unific” gəmisi Ərəbistan dənizində, ABŞ-a məxsus neft tankeri “Delonix” isə bu həftə Qırmızı dənizdə ikinci dəfə hücuma məruz qalıb.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı