Karasu limanından yeni Ro-Ro xətti Türkiyə ilə Avropa arasında ticarətin sürətləndirilməsinə, xərclərin azaldılmasına və ətraf mühitə təsirlərin azaldılmasına əhəmiyyətli töhfələr verəcək. Nəqliyyatçılar, ixracatçılar və idxalçılar üçün yeni bir mərhələ başlayır.
Logistik.az xəbər verir ki, “IC İnfrastructure Enterprise” nəzdində fəaliyyət göstərən Karasu Limanı yeni dövrə qədəm qoyur. Mərmərə Bölgəsindən Qara dənizə keçid qapısı kimi xidmət edən və Boğazda gəmi trafikinin azalmasına, daşıma xərclərinin və vaxtlarının azalmasına əhəmiyyətli töhfələr verən Karasu Limanı, yeni Ro-Ro-ya ev sahibliyi edərək xidmət şəbəkəsini genişləndirir.
Bu xətt Türkiyə ilə Rumıniya arasında fəaliyyətə başlayacaq. 3 iyul 2024-cü ildə fəaliyyətə başlayan Karasu-Konstanta Ro-Ro xəttinin açılışı Karasu İlçe Baş məmuru Mehmet Uğur Arslan, Karasu Bələdiyyə Başçısı İshak Sarı, SEA Line yüksək səviyyəli rəsmiləri və yerli hakimiyyət nümayəndələrinin geniş iştirakı ilə keçirilib. Karasu-Konstanta Ro-Ro xətti Avropaya açılan mühüm qapılardan biri olacaq. Bu yeni xətt, xüsusilə Kapıkule və Hamzabəylidə uzun yük növbələrində vaxt itirmək istəməyən nəqliyyatçılar üçün alternativ yol təqdim edəcək. Türkiyə ilə Rumıniya arasında yeni Ro-Ro xətti nəqliyyatçılara vaxt və xərc üstünlükləri təmin etməklə ticarət və logistikanı sürətləndirəcək.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı