Həştərxan hava limanı bağlandı

Ukrayna dronları Həştərxana qədər gəlib çıxıb, PUA hücumundan sonra təyyarələrin Həştərxan hava limanına gəliş-gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə TASS agentliyi məlumat yayıb.

Hava limanından verilən məlumatda qeyd olunur: “Regionda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər səbəbindən Həştərxan hava limanının cədvəlində dəyişikliklər edilib. Sərnişinlər uçuşların vəziyyəti ilə bağlı ən son məlumatları Həştərxan hava limanının saytından öyrənə bilərlər”.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Daha əvvəl Volqoqrad hava limanı Volqoqrad vilayətində PUA-nın hücumlarından sonra təyyarələrin uçuşuna məhdudiyyətlərin tətbiq edildiyini açıqlamışdı.

İstinad: Azertag