Atakaş Limanında gəmidə yanğın çıxıb

Logistik.az xəbər verir ki, Türkiyənin Hatay vilayətində İskenderun körfəzindəki Atakaş limanında gəmidə yanğın baş verib. Yanğın aşkar edildikdən sonra əraziyə yanğınsöndürmə briqadaları göndərilib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Əldə olunan məlumata əsasən, İskəndərun xilasetmə məntəqəsi və Payas xilasetmə məntəqəsi qruplarının koordinasiyalı müdaxiləsi ilə yanğın qısa müddətdə nəzarət altına alınıb. Qruplar tərəfindən soyutma işləri aparılıb.