Ukrayna taxılının daşınması Alman limanı üzərindən baş tutacaq

Logistik.az xəbər verir ki, Ukrayna taxıl və qarğıdalılarını Almaniyanın Duysburq limanından daşımağa başlayıb. Buna səbəb isə Odessa limanının davam edən müharibə səbəbi ilə atəş altında qalmasıdır.

Ukrayna taxılı bu yüklər üçün liman terminalı və xüsusi avadanlığı təmin edən “Rhenus Port Logistics Rhein-Ruhr” ilə birlikdə Almaniyanın Duysburq limanının 4-cü terminalından ixrac edəcəkdir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Qeyd edək ki, əvvəllər taxıl və qarğıdalı təyinat yerinə Odessa limanı vasitəsi ilə daşınırdı. İndi Ukrayna, Polşa və Almaniyadan keçən dəmir yolu marşrutundan istifadə edir. Məhsullar Duysburq limanına çatdıqdan sonra konteynerlərdən birbaşa daxili gəmilərə daşınır.

Ukrayna ilə sərhəddə yerləşən Mostıska şəhərində yüklər taxıl vaqonlarından ümumi yüklər üçün nəzərdə tutulan standart EU konteynerlərinə aşırılır. Polşa-Ukrayna sərhədində yük xüsusi GPS izləmə möhürləri ilə bloklanır, sonra Almaniya-Polşa sərhədində çıxarılır.

Qeyd edək ki, bu logistik layihənin yaradılması zamanı bir neçə xüsusi məqam – taxıl bazarındakı vəziyyət, eyni zamanda Ukraynadakı müharibə, eləcə də Avropada taxılın tranziti və idxalına qoyulan məhdudiyyətlər nəzərə alınıb.