CMA CGM gəmisindən 44 konteyner suya düşüb və 30 konteyner zədələnib

Ötən gün fransız layneri CMA CGM, konteyner gəmilərindən birinin Cənubi Afrika sahillərində əlverişsiz hava şəraiti səbəbi ilə dənizdə 44 konteyner itirdiyini bildirib.

Logistik.az xəbər verir ki, CMA CGM gəmi xəttinə mənsub “Benjamin Franklin” vesseli, iyulun 9-da Asiyadan Avropaya qərb istiqamətində hərəkət edərkən sərt hava səbəbi ilə dənizdə 44 konteyner itkisi ilə üzləşiv və gəmidə daha 30 konteyner isə ciddi formada zədələnibdir. Qeyd edək ki, “Benjamin Franklin” vesseli 2005-ci ildə inşa edilmişdir və konteyner tutumu isə 17,859 TEU təşkil edir. 

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Verilən açıqlamada bildirilib ki, ekipajın heç biri xəsarət almayıb, dənizdə çirklənmə hadisəsi baş verməyib və hər hansısa gəmiyə ziyan dəyməyib. Hadisədən sonra baxış keçirilib və dənizdə itən bütün konteynerlərin içərisində zərərsiz yüklərin olduğu və heç bir təhlükəli yükün olmadığı aşkar olunub.