
Türkiyənin Muğla, Marmaris sahillərində turistləri daşıyan “Eagles” adlı taxta gəmidə yanğın baş verib. Xəbərdarlıq üzərinə Sahil Təhlükəsizlik Komandanlığı qrupları bölgəyə sövq edilib.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Logistik.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib, yanğında 96 sərnişin və 17 heyət üzvü təxliyə edilib, 3-ü ağır olmaqla, 17 nəfər yaralanıb. Yanğın söndürülsə də, gəmi batıb. Hadisənin səbəbi barədə məlumat verilməyib. Hazırda bununla bağlı prokurorluq araşdırma aparır.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı