Husilər İsrail, ABŞ və Böyük Britaniyaya məxsus 166 gəmini vurub

Logistik.az xəbər verir ki, Husilər İsrail, ABŞ və Böyük Britaniyaya məxsus 166 gəmini vurub. Bu barədə husilərin lideri Əbdülməlik əl-Husi “Al Masirah” televiziyasında yayımlanan çıxışında məsələ ilə bağlı məlumat verib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

“Yəmən Hərbi Dəniz Qüvvələri”-nin ötən həftə 10 gəmini hədəf aldığını bildirən Husi lideri, noyabr ayından bu yana Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərəyə bağlı gəmilərə hücum sayının 166-ya yüksəldiyini bildirib.

Qeyd edək ki, Əbdülməlik əl-Husinin çıxışı ilə bağlı ABŞ, İngiltərə və İsraildən heç bir açıqlama verilməyib.