
Logistik.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə “bağlı olduqlarını” dedikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları və raketlər vasitəsi ilə hücumlar təşkil edir.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Husilərin hərəkətlərinə görə bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib. Bir çox beynəlxalq ticarət gəmi xəttləri rotanı dəyişdirərək Afrikanın cənubundan, Ümid Burnundan istifadə edərək ticarətə davam edirlər. Bu isə daşımalar zamanı gecikmələrə, limanlarda sıxlığa və eləcə də, dəniz ticarətində qiymətlərin daha da çoxalması ilə nəticələnməkdədir.
Qeyd edək ki, ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin risk altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlamışdı. ABŞ və İngiltərənin Yəməndə nəzarət etdikləri bölgələrə hücumlarından sonra husilər bu ölkələrin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar. Buna baxmayaraq husi silahlıları ticarət gəmilərinə hücumları davam etdirməkdədir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı