Azərbaycanlıların da olduğu saya oturan gəminin xilasetmə işləri davam edir

Logistik.az xəbər verir ki, Türkiyədə Bursanın Mudanya əyalətində Panama bayraqlı yük gəmisi quruya çırpılıb. Panama bayrağı altında üzən “Volgo Balt 213”  kargo gəmisi saya oturduğu gündən xilasetmə işləri davam etdirilməkdədir.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, gəminin uc hissəsində zədə baş verib. Araşdırma nəticəsində ilkin ehtimala görə, kapitanın üçüncü köməkçisinin yuxulaması səbəbindən bu qəza baş verib.

Qeyd edək ki, gəmidəki 9-u azərbaycanlı, 3-ü ukraynalı olmaqla 12 nəfərlik heyətin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Məlumata əsasən adıçəkilən yük gəmisi İstanbuldan Bursanın Gemlik rayonuna 2200 ton sıxılmış heyvan yemi daşımaqda idi.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin sosial media hesabından edilən açıqlamada gəmi üçün bölgəyə KEGM-6 qayığı və dalğıcların göndərildiyi bildirilib.