Həbs qoyulmuş gəmi 442 gündən sonra İran sularını tərk edib

2023-cü ilin aprelində İran qüvvələri tərəfindən həbs edilən “Advantage Sweet” adlı tanker Birləşmiş Ərəb Əmirliklərinin Khor Fakkan (Sharjah) şəhəri istiqamətində yola düşüb.

Logistik.az xəbər verir ki, “VesselFinder” məlumatlarına görə gəminin dünən İran sularını tərk edib və hazırda Oman dənizinin cənubuna doğru hərəkət etməkdədir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Qeyd edək ki, Çinin lizinq şirkətinə məxsus bu gəmi 443 gün əvvəl Chevron-a icarəyə verilib.

Məlumata əsasən, İranda daha beş ticarət gəmisi saxlanılır və 80-dən çox dənizçi aylardır evlərinə çata bilmir.