
Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb. Məlumatına görə, Rusiyadan ölkə ərazisinə daxil olan yük qatarında inşaat materialları daşınıb.”Azərbaycan Dəmir Yolları” bildirib ki, Zarat stansiyasında aşan qatar Rusiya şirkətinə məxsusdur.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Qeyd edilir ki, qatarın Siyəzən rayonu ərazisində relsdən çıxması nəticəsində üç vaqon aşıb. İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.
İstinad: report
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı