
6 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılmış və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunmuşdu. Bu barədə “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
“Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülmüş, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanmışdı.
İstinad: marja
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı