Aleksandr Novak: “Astara-Rəşt dəmir yolunun tamamlanması barədə razılıq əldə olunub”

Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində bir sıra işlər görüləcək.

Bunu TASS-a müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Dəmir yolunun tutumu artırılacaq, nəqliyyat və logistika marşrutları genişləndiriləcək ki, bu da cənub tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətə təsir göstərəcək”, – o vurğulayıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

A.Novak bildirib ki, layihə çərçivəsində iranlı tərəfdaşlarla bu ölkənin Astara və Rəşt şəhərləri arasında uzunluğu 162 km olan dəmir yolunun çatışmayan hissəsinin tamamlanması barədə razılıq əldə olunub: “Bu, Baltikdən Fars körfəzinə qədər vahid nəqliyyat dəhlizini maneəsiz birləşdirəcək qlobal layihədir”.

Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.

Istinad: report