Azərbaycanın şəkər ixracından gəlirləri azalıb – RƏQƏMLƏR

Dövlət Gömrük Komitəsinə istinadən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 13 milyon 574 min dollar dəyərində 17 min 753 ton şəkər ixrac olunub.

Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 180 min dollar və ya 8% , miqdar ifadəsilə 2 min 510 ton və ya 12% azalıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 14 milyon 753 min dollar dəyərində 20 min 265 ton şəkər ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 1,30 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,24 manat idi.

Bu il ümumi ixracının 0,11%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,85%-i şəkərin payına düşüb.

İstinad: fed