Çay ixracı Azərbaycana 6 ayda 3,1 milyon dollar valyuta qazandırıb

Dövlət Gömrük Komitəsinə istinadən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 3 milyon 123 min dollar dəyərində 345  ton çay  ixrac olunub.

Çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 104,5 min dollar və ya 4% , miqdar ifadəsilə 10 ton və ya 3% artıb.

2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 3 milyon 18 min dollar dəyərində 335 ton çay ixrac olunmuşdu.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Bu dövrdə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15,40 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 15,33 manat idi.

Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20%-i çayın payına düşüb.

İstinad: fed