Süveyş kanalının gəlirləri husilərə görə azalmaqda davam edir

Logistik.az xəbər verir ki, Yəməndə fəaliyyət göstərən “Husi” terrorçularının ötən ilin noyabrından bəri Qırmızı dənizdə gəmilərə hücumları nəticəsində şirkətlər təhlükəsizlik məqsədilə alternativ yollara üstünlük verməyə başlayıblar.

Bu barədə Süveyş Kanalı İdarəsinin rəisi Üsamə Rəbi ABŞ Mərkəzi Komandanlığının komandiri Maykl Kurilla ilə Qahirədə görüşü zamanı bildirib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Görüş zamanı Süveyş Kanalı İdarəsinin rəisi “2023-2024 maliyyə ilində kanalın gəliri ötən dövrlə müqayisədə 9,4 milyard dollardan 7,2 milyard dollara düşüb. Kanaldan keçən gəmilərin sayı isə 25 min 911-dən 20 min 148-ə enib” deyə bildiribdir.

Qeyd edək ki, “Qırmızı dəniz krizisi” eyni zamnada beynəlxalq gəmi xəttlərinin də fəaliyyətində ciddi çətinliklər yaratmaqda davam edir. Bu geosiyasi problem beynəlxalq dəniz ticarətini ləngitməklə yanaşı, eyni zamanda da xərclərin daha da çoxalmasına yol açmaqdadır.