Maersk-in konteyner gəmisində yanğın baş verib

Logistik.az xəbər verir ki, Hindistan sahilləri yaxınlığında “Maersk” gəmi xəttinə mənsub “Frankfurt” adlı konteyner daşıyan gəmidə yanğın hadisəsi baş veribdir. Yanğın Hindistanın Karnataka ştatının Karvar bölgəsi yaxınlığında başlayıb.

Qeyd edək ki, iki Hindistan Sahil Mühafizəsi (“ICG”) gəmisi yanğınla mübarizə aparmaq üçün Qoadan yola salınıb. “ICG” gəmiləri yanğını su ilə söndürmək üçün işləyərkən, konteyner gəmisinin ön hissəsində partlayışların baş verdiyini və güclü yanğın baş verib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Yanğına səbəb kimi ilkin olaraq “IMDG (Beynəlxalq Dəniz Təhlükəli Mallar Məcəlləsi)” yeklərin səbəb olması ehtimal edilir. 2024-cü ildə inşa edilən 255 metr uzunluğundakı gəmi iyulun 17-də Hindistanın Mundra şəhərindən yola düşüb və iyulun 21-də Şri-Lankanın Kolombo şəhərinə çatmalı idi.

“Maersk” gəmi xətti “X” platformasında hadisəni təsdiqləyərək bildirib: “Biz təsdiq edə bilərik ki , gəmi Mundradan Kolomboya gedərkən saat 14:30 radələrində icarəyə götürülmüş gəmilərimizdən biri olan “Maersk Frankfurtda” yanğın xəbəri verilib. Hindistan Sahil Mühafizəsinin dəstəyi ilə yanğının söndürülməsi davam edir. Gəmi stabil vəziyyətdədir. Hazırda biz yanğının icarəyə götürülmüş “Maersk Frankfurt” gəmisinə təsirinin dərəcəsini təsdiq edə bilmirik . Biz gəmi sahibi və gəmi menecerləri ilə daimi əlaqə saxlayırıq. Ekipajın təhlükəsizliyi hazırda əsas prioritet olaraq qalır”.