Qırmızı dənizdə husilərin 4 pilotsuz gəmisini məhv edilib

ABŞ ordusu Qırmızı dənizdə Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının (husilər) dörd pilotsuz gəmisini məhv edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində bildirib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

“Son 24 saat ərzində ABŞ hərbçiləri Qırmızı dənizdə husilərə məxsus 4 pilotsuz gəmini uğurla məhv edib”, – komandanlığın bəyanatında deyilir.

Qeyd olunub ki, Amerika hərbçiləri gəmiləri ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün birbaşa təhdid hesab edib.

Istinad: Azertag