
Logistik.az xəbər verir ki, Türkiyənin tanınmış konteyner daşıyan gəmi xətti olan”Arkas Line”-in yeni açılan “Qırmızı dəniz” xidməti ilə üzən ilk gəmisi “Wanda A” Süveyş kanalını keçə bilib.
Bu yeni marşrut Türkiyə, Səudiyyə Ərəbistanı-Ciddə və İordaniya-Aqaba limanlarından ibarət olmaqla yanaşı, Ciddə vasitəsilə Port Sudan və Cibuti limanlarına da çıxış təmin edilir.
Uzunluğu 184 metr, eni 24,5 metr olan Arkasın “Qırmızı dəniz” marşrutunun ilk gəmisi olan Wanda A 1604 TEU daşıma qabiliyyətinə malikdir və bu gəmidə də Arkasın digər gəmiləri kimi Türkiyə bayrağı altında hərəkət edir.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Arkas Misir tərəfindən edilən şərhdə “Süveyş Kanalı Administrasiyasına, fədakar komandamıza və bütün iş ortaqlarımıza səmimi təşəkkürümüzü bildirərək bu mühüm uğura nail olmaqdan qürur duyuruq. “Bu nailiyyəti qeyd edərkən, xidmət təkliflərimizi daha da inkişaf etdirməyi və qlobal ticarət əlaqələrini gücləndirməyi səbirsizliklə gözləyirik.” bildirilibdir.
Qeyd edək ki, Qırmızı dəniz krizisindən dolayı beynəlxalq gəmi xəttləri və daşıyıcılar Suveyş kanalından istifadə edə bilmir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı