
Logistik.az xəbər verir ki, qlobal konteyner daşımaları qiymətlərində11 həftəlik artım sonrası hazırda enmə müşahidə edilməkdədir.
Beynəlxalq dəniz məlumatları və məsləhət şirkəti “Drewry” tərəfindən hazırlanan Dünya Konteyner İndeksi iyulun 25-də sona çatan bir həftəlik dövrdə 2% azalıb.
“Drewry” tərəfindən edilən şərhə görə, 40 metrlik konteyner üçün spot yük qiymətləri həftə içində 5 min 937 dollardan 5 min 806 dollara enib. İndeksdə keçən ilin eyni həftəsinə görə artım nisbəti 268% olub.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
İlin əvvəlindən bəri orta yükdaşıma qiyməti 3 min 886 dollar olaraq hesablanıb. Bu, 10 illik orta göstərici olan 2777 dollardan 1108 dollar yüksəkdir.
Qeyd edək ki, hazırda beynəlxalq konteyner daşımaları bazarında qiymətlər pandemiyadan əvvəlki məbləğdən 4 dəfə çox hesab olunur.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı