Konqoda çayda gəmi qəzaya uğrayıb, onlarla insan ölüb

Konqo Demokratik Respublikasında (KDR), Konqo çayında gəminin çevrilməsi nəticəsində azı 25 nəfər həlak olub. Bu barədə “Actualite” portalı məlumat yayıb.

Məlumata, ölənlərlə yanaşı, itkin düşənlər də var. Hazırda xilasetmə və axtarış tədbirləri davam etdirilir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Göyərtəsində 50 sərnişinin olduğu gəmi iyulun 28-də Kindu şəhərindən çıxıb və qeyri-müəyyən şəraitdə batıb.