Gürcüstan ilə gömrük sərhəddində yük nəqliyyat vasitələrinin sayı

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhədlərdə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı ötən günlərə nəzərən nisbətən sabitdir və gözləyən yük avtomobillərinin sayı 510 civarındadır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 190 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 460 civarındadır.

Gürcüstan ilə sərhəddə Mazımqara Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 0, bu posta istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 50civarındadır.