Konteyner daşıyan “MSC” gəmisində yanğın baş verib

Kolombo limanındakı “Jaya Konteyner Terminalına” (JCT) yanaşan 2826 teu tutumlu “MSC” gəmi xəttinə mənsub “CapeTown III” gəmisində dünən yanğın hadisəsi baş verib.

Logistik.az xəbər verir ki, görülən qabaqlayıcı tədbirlər sayəsində baş verən yanğının qarşısı uğurlu şəkildə alınmışdır. Əldə olunan məlumata əsasən yanğın hadisəsi bir neçə partlayış ilə başlayıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Partlayış göyərtənin altında baş verib. Göyərtənin üstündəki yük artıq boşaldılmış olsa da, konteynerlər arasında təhlükəli yük də olub. 

Yanğınsöndürənlər digər liman xidmətləri ilə əməkdaşlıq edərək yanğını tez bir zamanda söndürüb və zərərçəkmiş yükləri təhlükəsiz şəkildə çıxarıblar.

Yanğının başvermə səbəbləri və yükün vəziyyəti ilə bağlı araşdırmalar davam etdirilir.