Yük avtomobil növbəsi Gürcüstan ilə gömrük sərhəddində 1000-dən artıqdır

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1200-ə yaxınlaşıb və ciddi sıxlıq müşahidə olunur.

Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 800 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 1200 civarındadır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Gürcüstan ilə sərhəddə Mazımqara Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1, bu posta istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 80 civarındadır.