İkinci rüb üzrə Gürcüstan limanlarına yan alan gəmilərin bir hissəsi Türkiyə bayrağı ilə üzən gəmilərdir

Logistik.az “Finmarket”-in məlumatına əsasən xəbər verir ki, ilin ikinci rübündə Gürcüstan limanlarının xidmətindən istifadə edən sərnişinlərin sayı iki dəfə artaraq 2,6 min nəfər təşkil edib.

Gürcüstan limanları və terminalları bu ilin ikinci rübündə 4,23 milyon ton yük işləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% çoxdur. Aşırılan yüklərin 44,2 faizini ümumi yüklər, 33,9 faizini maye yüklər, 21,9 faizini toplu yüklər təşkil edib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Hesabat əsasən Gürcüstan limanlarına yan alan gəmilərin 17,9%-i Türkiyə, 15,3%-i Panama, 10,9%-i Malta, 9,3%-i Liberiya, 46,6%-i isə digər ölkələrin bayraqları altında üzən gəmilər olub.