Qırmızı dənizdə ekoloji fəlakət riski avqustun 23-dən davam edir

Logistik.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) avqustun 23-də Qırmızı dənizdə hücuma məruz qalan Yunanıstan bayraqlı neft tankeri “Sounion”da yanğının hələ də davam etdiyini açıqlayıb.

Husilər Qırmızı dənizdə ticarət və hərbi gəmiləri hədəf almağa davam edir. Avropa İttifaqının (AB) Qırmızı dənizdə həyata keçirdiyi hərbi əməliyyatla bağlı “Aspire” şirkətinin verdiyi açıqlamada Qırmızı dənizdə husilərin hücumuna məruz qalan Yunan bayraqlı “Sounion” adlı neft tankerində yanğının baş verdiyi bildirilib.

Baş vermiş yanğın hadisəsinin hələ də davam etdiyi və hər hansısa neft sızıntısının olmadığı müşahidə edilməkdədir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Rəsmilərin açıqlamalarına görə “Sounion” neft daşıyan tankerinin 150 min ton xam neft daşıdığını və ətraf mühit üçün təhlükə yaratdığını bildirib. Gəmi ilk dəfə avqustun 21-də hücuma məruz qalıb və hücumdan sonra gəmi mühərrik gücünü itirib. Ekipaj yardım tələb etdikdən sonra bölgədəki Aİ qüvvələri tərəfindən xilas edilib. Ekipaj daha sonra Cibutiyə köçürülüb.

Qeyd edək ki, “Sounion” tankeri Yunanıstanda yerləşən “Delta Tankers”-inə məxsusdur və bu ay husilərin hücumuna məruz qalan üçüncü gəmidir.