
Logistik.az gəmi xəttlərinin xəbərdarlığına əsasən məlumat verir ki, Poti limanı müvəqqəti olaraq konteyner gəmilərinin qəbulunu dayandırıb.
Buna səbəb 2024-cü il dekabrın əvvəlində Potidə güclü külək və tufan da daxil olmaqla, kəskin hava şəraiti Poti dəniz limanının giriş kanalının lillənməsinə səbəb olub. Nəticədə limanın giriş kanalının dərinliyi konteyner gəmilərinin limana təhlükəsiz daxil olması üçün kifayət etmir.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Bu hallarla əlaqədar olaraq 12 dekabr 2024-cü il tarixindən etibarən Poti dəniz limanı naviqasiya və yük əməliyyatları üçün bağlanıb.
Qeyd edək ki, verilən məlumata əsasən yaranmış fors-major hala görə Poti limanına yönəlmiş bəzi konteyner daşıyan gəmilər artıq Batumi limanına yönləndirilir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı