Yang Ming gəmi xətti donanmasını yeniləyir

 

Tayvanın gəmiçilik şirkəti ”Yang Ming Marine Transport” donanmasını yeniləmək üçün 13 konteyner gəmisi sifariş edəcək.

Dünyanın 10-cu, Tayvanın isə ikinci ən böyük gəmi xətti operatoru olan şirkət, 20 ildən çox xidmətdə olan 5500-6500 TEU-luq gəmiləri əvəz etmək üçün 8000-15.000 TEU arasında daşıma gücü olan gəmilər sifariş edəcəyini açıqlayıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Qeyd edək ki, Yang Ming gəmi xəttinin 59-u özünə məxsus olan 97 gəmisi var və əsas konteyner daşımaları həyata keçirir. Bu gəmi xəttinin konteynerləri ilə Azərbaycana da tranzit olaraq daşımalar həyata keçirilməkdədir.