
Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Təlimat dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, həmçinin qatarların hərəkətinin və manevr işinin təşkilinə xidmət edən müxtəlif təyinatlı görünən və səsli siqnalların mənalarını və tətbiqinə dair tələbləri müəyyən edir.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Dəmiryol nəqliyyatında siqnalizasiyaya aid normativ və texniki sənədlər bu təlimatın tələblərinə uyğun olmalıdır.
Təlimatdakı siqnalların təyinatı barədə bu əlavədən tanış ola bilərsiniz.
İstinad: report
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı