Husilərin gəmilərə hücumları azalıb

Qərb Dəniz Qüvvələrinin topladığı məlumatlara görə 2024-cü ilin ilk yarısında 57 ticarət gəmisi Husilər tərəfindən hücuma məruz qalıb, bu hücumlarda 4 dənizçi həyatını itirib, 2 nəfər isə ağır yaralanıb. 2024-cü ilin ikinci yarısında isə  32 hücum olub və bu hücumlarda ölən olmayıb.

Logistik.az xəbər verir ki, 2024-cü ilin ikinci yarısında Husilərin gəmilərə hücumları 44% azalmasına baxmayaraq risklər davam edibdir. Statistik məlumatlara əsasən gəmilərin Ümid burnu vasitəsi ilə hərəkət etməsi Husilərin ticarət gəmilərinə hücum etməsinə şərait yaratmayıbdır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Qırmızı dəniz böhranı hələ də davam etməkdədir və istənilən halda ticarət və digər təyinatlı gəmilər üçün Qırmızı dənizdən keçid təhlükəli hesab olunur.