
İran limanında baş verən güclü partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.
Bu barədə İranın səlahiyyətli orqanları məlumat veriblər.
Həmçinin limanın yerləşdiyi Bəndər Abbas şəhərinin gömrük idarəsi partlayışın baş vermə ehtimalı ilə bağlı açıqlama verib.
“Çox güman ki, partlayış limanın ərazisində konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələr anbarında baş verib”, – deyə idarədən bildirilib.
Dağıntılar zamanı limanda yerləşən çox sayda yük məhv yanaraq məhv olub.
Istinad: Tasnim News Agency
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı