Asyaport Türkiyənin ən böyük konteyner daşıma limanı oldu

Tekirdağda fəaliyyət göstərən Asyaport, 2024-cü ildə Türkiyənin konteyner daşımalarında lider olmağa yüksəldi. Dəniz Mühəndisləri Palatasının (GEMİMO) İdarə Heyətinin Üzvü Atılay Özay tərəfindən hazırlanan 2024-cü il Dəniz Sektoru Hesabatına əsasən, Türkiyədəki ümumi konteyner daşımalarının təxminən 16%-ni təkcə Asyaport həyata keçirirdi.

TÜRKLİM-in məlumatına görə, 2024-cü ildə Türkiyə üzrə 13.529.729 TEU konteyner, Asyaport isə 2.098.255 TEU konteyner daşıyıb. Bu göstərici Asyaportu Türkiyənin ən böyük konteyner daşıma limanına çevirdi və dünya miqyasında 94-cü yeri tutdu.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Ayaport həm də tranzit daşımalarda Türkiyənin açıq lideri oldu. 2024-cü ildə liman 1,166,579 TEU tranzit konteyner daşıyıb ki, bu da ümumi ölkə üzrə tranzit daşımaların 44%-ni təşkil edib. O, həmçinin 283.515 TEU kabotaj konteynerlərinin daşınması ilə bu sahədə Türkiyədə birinci yeri tutub.

Orta gündəlik 5748 konteyner daşıma ilə Asyaport, Tekirdağın və Trakya bölgəsinin logistika mərkəzi olaraq qurulmasında mühüm rol oynayır. Hesabatda “Konteynerlər ticarətin qanıdır, konteyner gəmiləri onun damarlarıdır; Asyaport Türkiyənin ticarətinin ürəyidir” deyilir.