Bir neçə gəmi daşıyıcısı “Qırmızı dəniz” problemini keçməyə çalışır

 

Türkiyənin Qırmızı Dəniz hövzəsi ilə dəniz yolu logistika bağlantısı güclənir. Arkas, Hapag Lloyd və Rif Line bu ay ərzində Türkiyə – Qırmızı Dəniz arasında yeni xidmətə başlamaq üçün hərəkətə keçdi.

Logistik.az xəbər verir ki, Qırmızı Dəniz böhranının qlobal ticarətə təsiri dərinləşdikcə, qardaş Türkiyənin bir neçə gəmi-konteyner daşıyıcıları bir-birinin ardınca Qırmızı dənizə xidmətə başlayacaqlarını elan etdilər. Belə ki, Arkas, Hapag Lloyd və Rif Line kimi beynəlxalq daşıyıcılar bu ay ərzində Türkiyə-Qırmızı Dəniz arasında xidmət göstərməyə başlamağı planlayırlar.

Fələstindəki müharibə səbəbindən Husilər Süveyş Kanalından keçən İsraillə əlaqəli ticarət gəmilərinə hücum etməyə başlamışdılar. Bunun üzərinə risk etmək istəməyən dənizçilik şirkətləri Şərq-Qərb dəniz ticarətində Süveyş Kanalı əvəzinə Ümid Burnunu dolanmağa başlamış, lakin uzanan marşrutlar gəmilərin tranzit müddətlərinin 60-70 günə qədər uzanmasına səbəb olmuşdu.

16 İyun 2024 tarixindən başlayacaq Qırmızı Dəniz səfərləri ilə Arkas Line, xidmət göstərdiyi bütün limanları həftəlik müntəzəm iki ayrı xətlə Qırmızı Dənizə bağlayacaq. Arkas Line CEO-su Can Atalay, “Gəmi donanmamızı böyüdüb yeniləyərkən, eyni zamanda marşrutumuza yeni bazarlar əlavə edərək irəliyə doğru sürətli amma möhkəm addımlar atırıq. Yeni başladağımız Qırmızı Dəniz Ekspres Xidmətləri (“RS1” və “RS2”) ilə Ciddə, Akaba, Port Sudan və Cibuti limanlarını xidmət şəbəkəsinə əlavə edirik” dedi. “RS1” Xidməti şimalda Kumport / Evyap / Aliağa / Ciddə / Aqaba / Kumport marşrutunda daşıma edəcək. “RS2” Xidməti isə İskəndərun / Mersin / Ciddə / Akaba / İskəndərun marşrutunda xidmət verəcək.

Alman konteyner nəhəngi Hapag-Lloyd da 15 İyun 2024-dən etibarən “Turkey Red Sea Express (TRE)” ilə İstanbul – İzmit – Aliağa – Ciddə (Səudiyyə Ərəbistanı) – Aqaba (İordaniya) – İstanbul marşrutunu izləyəcək. Medkon Baş Direktoru Mahmut Işık, Arkasın Turkon-Medkon ortaq xəttinə daxil olduğunu və üçlü konsorsium ilə Qırmızı Dəniz daşımalarının həyata keçiriləcəyini bildirdi. Işık, Almaniyanın Hapag-Lloydunun da Turkon və Medkon gəmilərindən yer alaraq Türkiyə-Qırmızı Dəniz arasında xidmət verəcəyini qeyd etdi. Işık yeni hədəflərinin Qırmızı Dənizdə feeder xidməti göstərərək Ciddə və Aqaba kimi əsas limanlardakı yükü digər ölkələrə çatdırmaq olduğunu bildirdi.