Zirə dəniz limanının potensialı

Logistik.az xəbər verir ki, Zirə dəniz limanı 12 hektar əraziyə malikdir. Limanın sahilə yanalma xətti 500 metr təşkil edir.

Limanda açıq və qapalı saxlama yerləri mövcuddur. Hal hazırda beynəlxalq standartlara cavab verən istehsal sahəsinin inşası  layihəsi üzrə işlər davam etdirilir.

Liman ərazisində neft-qaz avadanlıqlarının və dəniz təyinatlı iri qabaritli metalkonstruksiya istehsalat sahəsinin inşasına başlanılıb. Limanda ağırtonnajlı yükqaldırma qabiliyyətinə malik kranlar və dəniz təyinatlı əməliyyatların aparılmasında istifadə olunan avadanlıqlar, həmçinin yükdaşımada istifadə olunan müasir nəqliyyat vasitələri mövcud olacaqdır.

Əldə etdiyimiz məlumata əsasən, layihə üzrə tikilən istehsal sahəsinin dənizdən 50 m aralıqda olan 6 hektarlıq sahədə yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Zirə portunun yaxın gələcəkdə xüsusi ilə də tranzit yüklərin daşınmasında xüsusi potensialı mövcuddur.