
Şərq-Qərb dəhlizi boyu Azərbaycan üzərindən keçən yüklərin tam olaraq monitorinqi aparılır və buna görə hər hansı gecikməyə yol verilmir.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommersiya departamentinin müdiri Məmməd Həmidov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Orta Dəhliz: perspektivlər və çağırışlar” paneli çərçivəsində deyib.
O bildirib ki, yük həcmləri üzrə 2024-cü il may ayının sonunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 11%, daxili daşınmalarda 6% artım müşahidə olunub.
Orta Dəhlizin inkişafı istiqamətində atılan addımlar sırasında Qazaxıstan və Gürcüstan dəmiryolları ilə sıx təmasın qurulması ilə bağlı işlər aparılır.
İstinad: Apa.az
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı