Azərbaycanda əhali 5 ayda – 2,8 MİLYARD MANATLIQ GEYİM ALIB

2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 821,5 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Logistik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 5% çoxdur.

Bu ilin ilk beş ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13,1% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.