Gömrük xəbərləri

Azərbaycandan Türkiyəyə satılan bəzi məhsullara gömrük rüsumu azaldı – SİYAHI

İyulun 1-dən etibarən Türkiyə Azərbaycandan idxal etdiyi məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq sənədin mətni “Resmi Gazete”də dərc olunub. Türkiyə hökumətinin müvafiq rüsum cədvəlinə əsasən, Azərbaycandan idxal edilən heyva, tut, dəmirdən hazırlanan yarımfabrikatlar və s. kimi məhsulların gömrük tariflərinə yenidən baxılıb. Yeni idxal qaydalarına uyğun olaraq, Azərbaycandan tut və heyva …

Ətraflı oxu »

Büdcəyə gömrük daxilolmaları azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 2 milyard 490,38 milyon manat təşkil edib. Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 43,2 % artaraq 894,977 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 16,7 % azalaraq 1 milyard 501,156 milyon …

Ətraflı oxu »

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Logistik.az xəbər verir ki, Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında hava nəqliyyatında gömrük nəzarətinin təşkili, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı görüş keçirilib. İstanbul hava limanında keçirilən görüşdə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirov və Komitənin Türkiyə Respublikasında nümayəndəsi Əsgər Məmmədov, İstanbul hava limanının gömrük idarəsinin əməkdaşları iştirak edib. Görüşdə hava …

Ətraflı oxu »

ÜGT ilə Azərbaycan gömrüyü arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Dövlət Gömrük Komitəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə sədr müavini,   Norveç Krallığı Gömrük İdarəsinin Baş direktoru Oystein Bormerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Logistik.az xəbər verir ki, görüşdə Azərbaycan və Norveç gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə edilib, eyni zamanda gömrük əməliyyatlarının təkmilləşdirilməsi üçün rəqəmsal həllərin və avtomatlaşdırılmış proseslərin tətbiqi, elektron ticarət sahəsində gömrük prosedurlarının …

Ətraflı oxu »

DGK Test imtahanı mərhələsinin nəticələri elan edib

Logistik.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrində və tabeliyində olan qurumda mövcud olan vakant vəzifələr üzrə elan edilən növbəti müsabiqənin test imtahanı mərhələsinin nəticələri elan edilib. 2024-cü il 9 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahan mərhələsində müraciət edən 1176 vətəndaşdan 1152 nəfəri iştirak edib. Dövlət Gömrük Komitəsinin 2022-cü il 13 dekabr tarixli 1000/284 nömrəli …

Ətraflı oxu »

Gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib

Logistik.az aldığı məlumata əsasən bildirir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Yeni Səngəçal” gömrük postunda gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib. Gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimdə üzən nəqliyyat vasitələrinin növləri, müvafiq gəmi növlərinə uyğun effektiv gömrük nəzarəti formalarının seçilməsi və tətbiqi xüsusiyyətləri, üzən nəqliyyat vasitələrində daşınan malların növündən və xarakterindən asılı olaraq …

Ətraflı oxu »

Özbəkistan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Özbəkistan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib İyunun 10-da Dövlət Gömrük Komitəsində Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanov ilə görüş keçirilib. Görüşdə iki dost və qardaş ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin bütün sahələrdə, o cümlədən gömrük orqanları arasında əlaqələri daha da möhkəmləndirdiyi vurğulanıb. Eyni zamanda Azərbaycan və …

Ətraflı oxu »

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq. Bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat verilir. Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır. “Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, – deyə məlumatda bildirilir. …

Ətraflı oxu »

Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqənin test imtahan mərhələsi keçirilib

Logistik.az Dövlət Gömrük Komitəsindən almış olduğu məlumata əsasən bildirir ki, İyunun 9-da Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrində və tabeliyində olan qurumda mövcud olan vakant vəzifələr üzrə 2024-cü il 15 may tarixində elan edilən növbəti müsabiqənin test imtahanı mərhələsi keçirilib. Müsabiqənin test imtahan mərhələsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub. Ümumilikdə 1176 Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak etmək …

Ətraflı oxu »