Gömrük xəbərləri

Gürcüstan ilə gömrük sərhəddində yük avtomobil növbəsi 1100-dən çoxdur

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1100-dən çoxdur və hazırda sıxlığın azalması müşahidə edilməkdədir. Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 455civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 1050 civarındadır. …

Ətraflı oxu »

Azərbaycan meyvə-tərəvəz ixracından 380 milyon dollar gəlir əldə edib

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 4% və ya 16.3 milyon dollar, həcmi isə 7.2% və ya 28.4 min ton azalıb. 2023-ci ilin ilk 7 ayında Azərbaycan 400 milyon …

Ətraflı oxu »

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox azalıb

2024-cü ilin ilin yanvar-iyul aylarında Azərbaycan xarici ticarət dövriyyəsi  26 milyard 892 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir. Məlumata əsasən bu  3 milyard 441 milyon manat və ya 11,3% azaldır. Son bir ildə ölkə üzrə ixrac 4 milyard 678 milyon manat və ya 22,5% azalaraq 16 milyard 99 milyon ABŞ dollarına bərabər olub. Təcili …

Ətraflı oxu »

Azərbaycanın xaricə ixracı $4,7 milyard azalıb, idxalı 1$ milyard artıb

2024-cü ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 26,9 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət 3,4 milyard dollar azalıb. Dövlət Gömrük Komitəsi xəbər verir ki, azalmanın səbəbi ölkədən ixracın aşağı düşməsidir. Bu ilin 7 aynıda ixracın həcmi cəmi 16,1 milyard dollar olub ki, bu da ötən ilin enyi dövrü ilə müqayisədə 4,7 milyard dollar …

Ətraflı oxu »

Yük avtomobil növbəsi Gürcüstan ilə gömrük sərhəddində 1000-dən artıqdır

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1200-ə yaxınlaşıb və ciddi sıxlıq müşahidə olunur. Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 800 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 1200 civarındadır. Təcili …

Ətraflı oxu »

Dövlət Gömrük Komitəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib

Logistik.az xəbər verir ki, avqustun 10-da Dövlət Gömrük Komitəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib. Görüşdə sön dövrlərdə gömrük sistemində tətbiq edilən yeniliklər və layihələrin gömrük işinin, biznes proseslərin səmərəliliyinin artırılmasındakı rolu barədə fikir mübadiləsi aparılıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Görüşdə cari ilin əvvəlindən tətbiqinə başlanan Avtomatlaşdırılmış Risk Analizi Sistemi –ARAS layihəsi çərçivəsində əldə olunan nəticələrə dair təqdimat …

Ətraflı oxu »

Beynəlxalq daşımalarda iştirak edən milli şirkətlərin nümayəndələri ilə DGK görüş keçirilib

Avqustun 9-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində daşıyıcı şirkətlərin rəhbərləri və onların səlahiyyətli nümayəndələri ilə görüş keçirilib. Logistik.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan görüşdə DGK-nın, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının və 40-dan çox …

Ətraflı oxu »

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün imtahan keçirilir

Avqustun 7-dən Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün test imtahanı keçirilir. Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 100 sualdan ibarət olan test imtahanı elektron formada təşkil olunub və 3 gün davam edəcək. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə İmtahandan 70 və daha çox bal toplayan şəxslər ixtisas attestatı almaq hüququ qazanacaqlar. …

Ətraflı oxu »

Gürcüstan ilə gömrük sərhəddində yük nəqliyyat vasitələrinin sayı

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhədlərdə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı ötən günlərə nəzərən nisbətən sabitdir və gözləyən yük avtomobillərinin sayı 510 civarındadır. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 190 civarındadır. …

Ətraflı oxu »

Gömrük təmsilçiləri ilə müzakirələr aparılıb

Bakı Baş Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib. Logistik.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinin, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları və 60-dan çox gömrük təmsilçiləri iştirak ediblər. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Yeni layihələrin ərsəyə gəlməsində keçirilən bu kimi görüşlərin əhəmiyyətini vurğulayan Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov gömrük xidməti tərəfindən həyata …

Ətraflı oxu »