
Avqustun 7-dən Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün test imtahanı keçirilir.
Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 100 sualdan ibarət olan test imtahanı elektron formada təşkil olunub və 3 gün davam edəcək.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
İmtahandan 70 və daha çox bal toplayan şəxslər ixtisas attestatı almaq hüququ qazanacaqlar.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı