Logistik.az xəbər verir ki, dünən Rumıniyanın Konstansa şəhərində “Qara dəniz və Xəzər dənizi limanları və logistika 2024” sərgi və konfransı işə başlamışdır. İyulun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək səviyyəli rəsmilər, elm adamları və s. iştirak edir. Dünyanın müxtəlif ölkələrindən 30 təqdimatçının qatıldığı tədbirin konfrans proqramı qlobal və regional ticarət və investisiya ilə bağlı aktual problemlərə …
Ətraflı oxu »Xəzər dənizi
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun səkkizinci iclası keçirilib
24-26 iyun 2024-cü il tarixlərində Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib. Logistik.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və …
Ətraflı oxu »“Culfa” tankerinin təmiri başa çatıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankeri təmir olunub. Logistik.az ASCO-ya istinadən verdiyi məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları, sükan və köməkçi qurğuları, kinqston …
Ətraflı oxu »Mahaçqala limanında yüklərin aşırılmasında artım müşahidə edilir
Yanvar-may aylarında Mahaçqala dəniz ticarət limanında yüklərin aşırılması 3% artıb. Məlumata əsasən, 2024-cü ilin 5 ayında limanda işlənmiş yüklərin ümumi həcmi 1 milyon 179 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 145 min ton olub. Quru yüklərin aşırılmasında 27,2% artım, maye yüklərin açırılmasında isə cüzi azalma qeydə alınıb. Aşırılan yüklərdə neft və neft məhsulları, həmçinin …
Ətraflı oxu »Orta Dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçən hissəsi aktivləşdiriləcək
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda keçən hissəsinin aktivləşdirilməsi hədəflənir. Onun sözlərinə görə, bütövlükdə Orta Dəhlizin effektivliliyinin artırılması hədəflənir: “Əsas niyyətimiz Orta Asiya bazarına fokuslanmaqdır. Bu ay Özbəkistana və Tacikistana səfərlər planlaşdırılır”. R.Rüstəmov vurğulayıb ki, Orta Dəhlizin Qazaxıstan, Gürcüstan, Azərbaycan və Türkiyə hissəsində işlər tamamlanıb və bu istiqamət sürətli işləyir: “Orta Dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan …
Ətraflı oxu »Azərbaycan ilə Türkmənistan multimodal daşımalarının artırılması təklif edilir
Azərbaycanla Türkmənistan Orta Asiya- Avropa-Orta Asiya və Çin- Avropa-Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılmasını müzakirə ediblər. Logistik.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, Türkmənistanda işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov Aşqabadda Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşdə müzakirələr aparılıb. Görüşdə iki ölkə arasında dəmir …
Ətraflı oxu »Konteynerlərin aşırılması həcminə görə Aktau limanı rekorda imza atdı
Qazaxıstanın Aktau dəniz limanı 2024-cü ilin may ayında 5,1 min TEU-dan çox yük aşırıb və konteyner aşırmalarının aylıq həcminə görə öz rekordunu müəyyənləşdirib. Bu barədə “Qazaxıstan Dəmir yolu” SC-nin mətbuat xidməti məlumat yayıb. “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən Avropa ölkələrinə gedən yüklər də daxil olmaqla, konteyner aşırmalarında yüksək artım qeydə alınıb”, – deyə dəniz limanının baş dispetçeri Vadim Novikov …
Ətraflı oxu »Rəşt-Xəzər limanı dəmir yolunun açılışı həyata keçdi
İranın Ənzəli şəhərində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Xəzər limanı dəmiryol xətti istifadəyə verilib. “Azad İran” “Telegram” kanalı İran mətbuatına istinadən xəbər verir ki, İranın şimalındakı Gilan əyalətində yerləşən Ənzəli Azad Ticarət və Sənaye Zonasında təşkil edilən mərasimdə İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberin iştirakı ilə Rəşt şəhərini Xəzər limanı ilə birləşdirən layihənin açılış mərasimi keçirilib. Məlumata …
Ətraflı oxu »Qazaxıstan Senatı Orta Dəhlizin inkişafına dair sazişləri təsdiqləyib
Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) Türkdilli ölkələr arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) və birləşmiş yük daşımalarının inkişafına yönəlmiş bir sıra beynəlxalq sazişləri ratifikasiya edib. Bildirilib ki, deputatlar Türk Dövlətləri Təşkilatına (TDD) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişi və Qazaxıstan və Çin arasında beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası sazişi ratifikasiya ediblər. Orta Dəhlizin …
Ətraflı oxu »Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilir
Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin sponsorluğu ilə “Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans” keçirilir. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan daxil olmaqla 20-yə yaxın dövlət qurumu və ümumilikdə Xəzər, Aralıq dənizi və Qara Dəniz sahili ətrafı 10 ölkədən nümayəndələr iştirak edirlər. Konfransda “United Alliance Group LTD” …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı