Son əlavə olunan xəbərlər

Qırmızı dəniz krizisisinin həll olması çox çəkəcək

Böyük bir neft tankeri şirkətinin rəhbəri çərşənbə günü bildirib ki, İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün razılıq əldə olunarsa, ticarət gəmilərinin Qırmızı dənizdən yenidən üzməyə başlayacağını güman etmək “sadəlövhlükdür”. Dünyanın ən böyük nəhəng supertanker donanmalarından birini idarə edən Frontline Management AS şirkətinin baş icraçı direktoru Lars Barstad görə, istənilən sövdələşmə  dənizçilərin regionda təhlükəsiz səyahət etmələrinə heç bir zəmanət …

Ətraflı oxu »

Azərbaycanın Çində dəmir yolu terminalı almaq ehtimalı var

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çində terminal almaq, yaxud tikmək imkanlarını nəzərdən keçirir. Bunu açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib. “Çin bazarı Azərbaycan üçün prioritetdir. Buna görə də həmin ölkəyə ayırca nümayəndə təyin etməyə qərar vermişik. Hazırda ADY Çin bazarında araşdırma aparır, gələcəkdə ola bilər ki, Çində nümayəndəlik açaq. Daha sonra Çində terminal almağı və yaxud tikməyi düşünürük. Çin bazarına …

Ətraflı oxu »

Çindən Orta Dəhlizlə 40 blok qatarının göndərilməsi bu ay üçün planlaşdırılır

Bu ay Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 40 blok qatarının göndərilməsi planlaşdırılır. Bunu açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, bununla bağlı müzakirələr səhmdar cəmiyyətinin nümayəndə heyətinin Çinə səfəri zamanı olub. “Görüşlərdə Orta Dəhlizlə daşınan yüklərin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, bu ilin sonuna qədər 250-dən çox blok qatarının göndərilməsi gözlənilir. …

Ətraflı oxu »

Keyptaun Limanı Dünyada sonuncu yeri tutduqdan sonra daha yaxşı işləməli olduğunu söylədi

Cənubi Afrikanın dövlət logistika firması performansını yaxşılaşdırmaq üçün addımlar atsa da, Keyptaun limanı qlobal miqyasda sonuncu yeri tutduqdan sonra onu əhatə edən şəhər tərəfindən daha yaxşı işlər görməyə çağırıldı. Dünya Bankının çərşənbə günü dərc olunan hesabatında deyilir ki, konteyner terminalı gəminin   limandakı vaxtına əsaslanan Konteyner Limanı Performans İndeksi 2023-də 405-ci olub. Dövlətə məxsus Transnet SOC Ltd. şirkəti Cənubi Afrika iqtisadiyyatının mineral ixracı və …

Ətraflı oxu »

Antverpen-Brügge limanında metanolla işləyən yedək gəmisi istismara verilib

Belçikanın Antverpen-Brügge limanında metanoldan bunker yanacağı kimi istifadə edən “Methatuq” yedək gəmisi istismara verilib. Logistik.az  bildirir ki, “Methatuq”un mühərrikləri metanol və adi yanacaq qarışığı ilə işləmək üçün təkmilləşdirilib. Gəminin hərəkət sisteminin modernləşdirilməsi liman donanmasının ekoloji cəhətdən təmizliyini artırmaq proqramı çərçivəsində həyata keçirilib. Layihə Aİ-nin “Horizon 2020” proqramı vasitəsilə maliyyələşdirilib və gəmiçilik sənayesinin metanoldan təmiz yanacaq kimi istifadə imkanlarını müəyyən etmək …

Ətraflı oxu »

Avstriyanın yükdaşıma şirkəti bu ay Orta Dəhlizlə Çinə blok qatarı göndərəcək

Bu ay “Avstriya Dəmir Yolları”nın yükdaşıma şirkəti – “Rail Cargo” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çinə blok qatarı göndərəcək. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, Avstriya Dəmir Yolları ilə ciddi razılıq əldə edilib: “Onları bu marşruta yenidən gəlməyə inandırdıq. Onlar Orta Dəhlizdən əvvəl istifadə ediblər”. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, …

Ətraflı oxu »

Zirə dəniz limanının potensialı

Logistik.az xəbər verir ki, Zirə dəniz limanı 12 hektar əraziyə malikdir. Limanın sahilə yanalma xətti 500 metr təşkil edir. Limanda açıq və qapalı saxlama yerləri mövcuddur. Hal hazırda beynəlxalq standartlara cavab verən istehsal sahəsinin inşası  layihəsi üzrə işlər davam etdirilir. Liman ərazisində neft-qaz avadanlıqlarının və dəniz təyinatlı iri qabaritli metalkonstruksiya istehsalat sahəsinin inşasına başlanılıb. Limanda ağırtonnajlı yükqaldırma qabiliyyətinə malik kranlar …

Ətraflı oxu »

Sürətlə quruyan Xəzər dənizindən yeni GÖRÜNTÜLƏR

Quruyan Xəzər dənizindən yeni görüntülər yayılıb. Xezerxeber.az-ın məlumatına görə, görüntülərdə dənizin xeyli geri çəkildiyini görmək mümkündür. Belə ki, Xəzərin Pirallahı adası ilə Abşeron yarımadasını ayıran hissəsində vəziyyət ürəkaçan deyil. Su geri çəkilib, bir vaxtlar suyun altında qalan qalıqlar üzə çıxıb. Hesablamalar göstərir ki, Xəzərdə suyun səviyyəsi son altı ildə 69 santimetr, son 11 ildə isə 114 santimetr enib. Ekoloqlar bildiriblər …

Ətraflı oxu »

Gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib

Logistik.az aldığı məlumata əsasən bildirir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Yeni Səngəçal” gömrük postunda gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib. Gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimdə üzən nəqliyyat vasitələrinin növləri, müvafiq gəmi növlərinə uyğun effektiv gömrük nəzarəti formalarının seçilməsi və tətbiqi xüsusiyyətləri, üzən nəqliyyat vasitələrində daşınan malların növündən və xarakterindən asılı olaraq …

Ətraflı oxu »

Çin Azərbaycanda investisiya imkanlarını harada görür?

İkitərəfli iqtisadi əməkdaşlığı artırmaq üçün Bakı və Pekin ticarət əlaqələrini gücləndirməli və həm idxala, həm də ixraca diqqət yetirərək ticarət həcmini artırmağa davam etməlidir. 2024-cü ilin yanvar-fevral aylarına olan məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsi 25% artıb. Aşağıda Çin və Qloballaşma Mərkəzinin prezidenti və təsisçisi Huiyao Vanqın Azərbaycan və Çin arasında ticarət və əməkdaşlıq haqqında fikirlərini təqdim edirik . “Diqqət bu …

Ətraflı oxu »

Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı istifadəyə verilib

İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilən hərracda Laçındakı “Əhmədli” mişar daşı və Qubadlıdakı “Hacılı” əhəng daşı yataqları sahibkarların istifadəsinə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə – Şərqi Zəngəzur iqtisadi rayonunda hərrac keçirilib. İyunun …

Ətraflı oxu »