11 milyon funt sterlinq dəyərində yeni logistika mərkəzi açılır

Logistik.az xəbər verir ki, DB Schenker Mançesterdə 11 milyon funt sterlinq dəyərində yeni logistika mərkəzi açır.

Logistika xidmətləri təqdim edən “DB Schenker” Mançesterdəki Trafford Parkında yeni tikilmiş mərkəzin açılışını elan etdi. Qeyd edək ki, 11 milyon funt sterlinqlik mərkəz 2,3 hektar ərazidə yerləşir və  təxminən 47,500 fut² anbar və 7,500 fut² ofis sahəsini əhatə edir ki, bu da kifayət qədər əhəmiyyətli dərəcədə böyükdür.

DB Schenker-in Böyük Britaniya və İrlandiya ölkələri üzrə baş direktoru Aaron Scott açılış zamanı bunları bildirdi:
“Bu sərmayə bizim regiona olan uzunmüddətli öhdəliyimizi əks etdirir və müştərilərimiz üçün hərtərəfli həllərin təmin edilməsinə olan bağlılığımızı vurğulayaraq, sənayenin geniş spektrini dəstəkləyəcək. Şimaldakı komandamız bu multimodal innovasiya və səmərəlilik mərkəzini həyata keçirmək üçün yorulmadan çalışıb.”

Qeyd edək ki, Almaniyanın “Deutche Bahh” dəmir yolu operatorunun nəqliyyat-logistika strukturu olan “DB Schenker” şirkəti bir çox ölkələrdə böyük investisiyalar yatırmaqla çoxsaylı logistik xidmətlər təqdim etməklə bu sektorda inkişaf etməkdədir.