ABŞ körpüyə çırpılan gəminin operatorundan 100 milyon dollar istəyir

ABŞ Ədliyyə Nazirliyi martın 26-da Merilend ştatında liman yaxınlığındakı körpüyə çırpılan böyük yük gəmisinin operatoruna qarşı 100 milyon dollarlıq iddia qaldırdığını açıqlayıb.

Logistik.az xəbər verir ki, nazirliyin səhifəsində paylaşılan yazılı açıqlamada Baltimor limanı yaxınlığındakı Francis Scott Key körpüsünə çırpılan və böyük ziyan vuran “Dali” adlı gəminin operatorundan 100 milyon dollar təzminat tələb edildiyi bildirilib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Martın 26-da yerli vaxtla saat 01.30 radələrində ABŞ-ın Merilend ştatının Baltimor şəhərində böyük yük gəmisi Francis Scott Key körpüsünə çırpılıb və hadisədən sonra gəmidə yanğın başlayıb. Təxminən 2,5 kilometr uzunluğunda olan körpünün böyük bir hissəsi zərbə nəticəsində dağılıb və üzərində olan çoxlu avtomobil Patapsko çayına düşüb. Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralananlar da vardı.