Antverpen-Brügge limanında yanğın baş verib

Logistik.az xəbər verir ki, Antverpen-Brügge limanı Vaaslandhavendə konteynerin yanması ilə bağlı terminalın fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olduğunu bildirib.

İyunun 24-də səhər saat 5.30-da (CEST) Deurqanckdok terminalında fəaliyyətin müvəqqəti olaraq dayandırıldığı bildirildi. Yanğının qarşısını almaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Liman əlavə edib ki, hadisə ilə bağlı ilkin məlumat daxil olduqdan təxminən iki saat sonra səhər saat 7.20 radələrində problem həll edilib.

İndi konteynerlər təhlükəsiz yerə köçürülüb.

Limandan bildirildi ki, limanın hadisə baş verən terminalında dəniz nəqliyyatının və eləcə də əməliyyatların bərpası üçün əllərindən gələni edirlər.