“Arkas” iki mükafata layiq görüldü

Logistik.az xəbər verir ki, Arkas “3-cü Türkiyə Dəniz Zirvəsində” “Ən çox Türk Dənizçisini İstihdam edən Şirkət” və “Ən çox Türk Bayrağı Altında Gəmi İşlədən Şirkət” kateqoriyalarında mükafatlar aldı.

Bu il üçüncü dəfə təşkil edilən “Türkiyə Dəniz Zirvəsi” İstanbulun Tersane şəhərində keçirilib.

Arkas, Türkiyənin xarici ticarətinə verdiyi töhfəyə görə “Ən çox Türk Dənizçisini İstihdam edən Şirkət” və “Ən çox Türk Bayrağı Altında Gəmi İşlədən Şirkət” kateqoriyalarında iki ayrı mükafata layiq görülüb.

Mükafatları Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu “Arkas Dənizçilik” adından vitse-prezident Əli İbrahim Kontaytekinə təqdim edib.