Azərbaycan və Pakistan arasında ticarət əlaqələri genişlənir

Azərbaycan və Pakistan arasında ticarət güzəştli formatda olacaq. Bunu İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxışı zamanı, Prezident İlham Əliyev bildirib.

“Bu əsasla biz (Azərbaycan və Pakistan – red) qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət düşür”,İlham Əliyev deyib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

İstinad: marja