
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən, 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycandan 117 milyon 589 min dollar dəyərində 76 min 49 ton pambıq lifi ixrac olunub.
2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycandan 68 milyon 882 min dollar dəyərində 37 min 307 ton pambıq lifi ixrac olunmuşdu.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Beləliklə, cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə pambıq lifi ixracı dəyər ifadəsilə 70.7%, miqdar ifadəsilə 104% (2 dəfədən çox) artıb.
Həmçinin, 2024-cü ilin ilk 6 ayı ərzində 11 milyon 70 min dollar dəyərində 4 min 295 ton pambıq iplik də ixrac olunub. 2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycandan 17 milyon 125 min dollar dəyərində 5 in 747 ton pambıq iplik ixrac olunmuşdu.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı